“Donuz qripi” ilə bağlı inanılmaz – Tarixi faktlar

Baxış sayı:
11392

Gürcüstanda “donuz qripi” adlanan A ( H1N1) virusu sürətlə yayılır. Qonşu ölkədə yayılmış bu təhlükənin ölkəmizdə olmaması üçün aidiyyəti orqanlar bu virusa qarşı qabaqlayıcı tədbirlər görürlər. Bəs görəsən, H1N1 adlanan bu ölümcül virus necə yaranıb? Muxalifet.az H1N1-in yaranma tarixi haqqında maraqlı faktları təqdim edir: “Bəzi qaynaqlarda bu qripin ilk dəfə 1976-ci ildə yarandığı qeyd edilib. Belə ki, həmin vaxtlar ABŞ hərbi hissəsinin Meksikada donuz fermasının yaxınlığında yerləşdiyi və əsgərlərin də ilk dəfə bu xəstəliyə xəstə donuzlardan yoluxduğu bildirilir. Bu səbəbdən həmin infeksiya “donuz qripi” adlandırılıb. Digər mənbələrdə isə H1N1 virusunun tarixini daha qədimə - 1918-ci ilə bağlayırlar. Lakin həmin dövrdə bu xəstəliyin adı “donuz qripi” deyil, “ispan qripi” adı ilə qeydə alınıb. 1918-ci ilin aprelindən yayılan bu virus 10 il ərzində İspaniyada həyatı iflic edib. Məlumata görə, 50 ildən sonra, yəni 1958-ci ildə belə bir hadisə yenidən təkrarlanıb. Alimlər 1918-ci ildə yayılan bu virusu yenidən “canlandıraraq”, onun ölümcül qüvvəsinin şahidi olmaq istəyiblər. Onlar virusun qurbanı olan bir cəsədi Alyaskadan çıxararaq, H1N1 virusunu yaratmağa çalışıblar. Virusu meymunlara vuran alimlər, dəhşətli hadisə ilə rastlaşıblar. Bir neçə saatdan sonra virusun simptomları özünü göstərib, meymunlarda ağciyərin iltihabı başlayıb. H1N1 virusu ilə bağlı digər bir maraqlı tarix isə 2009-cu illə bağlıdır. Belə ki, 2009-cu ildə Meksikanın La-Qloriya kəndində beş yaşlı Edqar Ernandes adlı uşaq donuz ferması yaxınlığında bu qripə yoluxub. Ailəsi bunun adi qrip olduğunu güman etsə də, sonradan Edqar dünyasını dəyişib. Təşvişə düşən həkimlər araşdırma apararaq, bunun H1N1 virusu olduğu müəyyənləşdiriblər”. Qeyd edək ki, “donuz qripi”nin əlamətləri 39 dərəcədən yüksək olan hərarət, boğazda ağrı və öskürək, zökəm, baş və əzələ ağrıları, bəzən də qusma və ishaldır.