Səbail rayon icra başçısının müavini dəyişdirilib
14-12-2018 09:01
Baxış sayı:
3733
Səbail Rayon İcra Hakimiyyəti (RİH) başçısının müavini Abid Əliyev vəzifəsindən azad edilib.
Muxalifet.az "report"-a istinadən bildirir ki, bununla bağlı RİH başçısı Vüqar Zeynalov müvafiq əmr imzalayıb.
V.Zeynalovun digər əmri ilə həmin vəzifəyə Vüqar Şıxməmmədov təyin olunub.
O, bundan öncə Mədəniyyət Nazirliyində şöbə müdiri vəzifəsində çalışıb.
A.Əliyevin Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatında idarə rəisi təyin ediləcəyi gözlənilir.