ABŞ-dan ŞOK ŞAHZADƏ BİN SALMAN AÇIQLAMASI!

Baxış sayı:
4537

ABŞ-ın Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəsi Nikki Haley Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluğunda öldürülən Camal Qaşıqçı haqqında şok bir açıqlama verib.
 
Nikki Haley, "Camal Qaşıqçı qətlinin səbəbkarı Səudiyyə rəhbərliyi və hakimiyyətin başı Məhəmməd bin Salmandır. Cəzasız qalmamalıdırlar" deyib.
ABŞ-ın xəbər kanalı “NBC”-də bir proqramda çıxış edən Nikki Haley, bu məsələdə Səudiyyə Ərəbistanı ilə "ciddi və sərt” dildə danışılmasının lazım olduğunu söyləyib.
Haley açıqlamalarının davamında, "Səudiyyə İrana qarşı mübarizəmizdə bizim ən mühüm tərəfdaşımızdır. Ancaq baş verən bu hadisəni də qəbul etməməliyik" deyə bildirib.
Qeyd edək ki, Nikki Haley yaxın zamanda BMT-dəki daimi nümayəndəlik vəzifəsini hazırda Xarici İşlər Nazirliyinin sözçüsü vəzifəsini icra etməkdə olan Hazer Nayert-ə təhvil verəcək.
Müxalifət.az