Hövsanda 5-ci sinif şagirdi qaçırılıb? - Məktəbdən AÇIQLAMA
10-10-2018 10:57
Baxış sayı:
4090
Dünən Hövsanda 5-ci sinif şagirdinin qaçırılması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar valideynlər arasında təşvişə səbəb olub.
Muxalifet.az qafqazinfo-ya istinadən xəbər verir ki, məlumatda qız uşağının 281 nömrəli tam orta məktəbin giriş qapısında dəmiryığanlar tərəfindən qaçırıldığı iddia olunub.
Hadisə ilə bağlı sözügedən məktəblə əlaqə saxladıq. Məktəbdən bildirilib ki, yayılmış informasiya tamamilə yanlışdır:
"Dünən nəinki bizim məktəbin qarşısında, ümumiyyətlə, Hövsanda belə bir hadisə baş verməyib. Yayılmış informasiya ilə bağlı aidiyyəti qurumlara məlumat vermişik".