ÇL: “Real” qələbəylə, "Mançester Siti" məğlubiyyətlə başladı
Çempionlar Liqasında qrup mərhələsinin oyunlarına start verilib.
Muxalifet.az xəbər verir ki, bu gün ÇL-in qrup mərhələsində ilk tura yekun vurulub.
Son üç mövsümdə Çempionlar Liqasının qalibi olan “Real” doğma meydanda “Roma”nı qəbul edib. Madrid klubu bu oyunda darmadağınla qalib gəlib.
İspaniyanın ÇL-dəki daha bir təmsilçisi “Valensiya” isə Kriştiano Ronaldolu “Yuventus”la üz-üzə gəlib. Ronaldonun meydandan qovulduğu görüşdə qonaqlar qələbə qazanmağa nail olublar.
"Mançester Siti" evdə "Lion"a uduzub. "Mançester Yunayted" isə səfərdə "Yanq Boyz"u böyük hesabla məğlub edib. Almaniya nəhəngi "Bavariya" da səfərdə "Benfika"ya qalib gəlib.
Çempionlar Liqası, 1-ci tur
18 sentyabr
A qrupu
Monako (Fransa) - Atletiko (Madrid, İspaniya) 1:2
Qol: Qrandsir, 18 - D.Kosta, 32. Ximenes, 45.
Brügge (Belçika) - Borussiya (Dortmund, Almaniya) 0:1
Qol: Pulisiç. 85.
B qrupu
İnter (İtaliya) - Tottenhem (İngiltərə) 2:1
Qol: İkardi, 86. Vesino, 90 - Eriksen, 53.
Barselona (İspaniya) - PSV (Eyndhoven, Hollandiya) 4:0
Qol: Messi, 32; 77; 87. Dembele, 75.
C qrupu
Srvena Zvezda (Serbiya) - Napoli (İtaliya) 0:0
Liverpul (İngiltərə) - PSJ (Fransa) 3:2
Qol: Starric, 30. Milner, 36-pen. Firmino, 90 - Munye, 40. Mbappe, 83.
D qrupu
Şalke (Almaniya) - Portu (Portuqaliya) 1:1
Qol: Embolo, 64 - Otavio, 75-pen.
Qalatasaray (Türkiyə) - Lokomotiv (Moskva, Rusiya) 3:0
Qol: Q.Rodriqes, 9. E.Derdiyok, 67. S.İnan, 90-pen.
19 sentyabr
E qrupu
Ayaks (Hollandiya) - AEK (Kipr) 3:0
Qol: Talyafiko, 46; 90. Van de Bek, 77.
Benfika (Portuqaliya) - Bavariya (Almaniya) 0:2
Qol: Levandovski, 10. R.Sançes, 54.
F qrupu
Şaxtyor (Donetsk, Ukrayna) - Hoffenhaym (Almaniya) 2:2
Qol: İsmaili, 27. Maykon, 81 - Florian, 6. Nordtveyt, 38.
Mançester Siti (İngiltərə) - Lion (Fransa) 1:2
Qol: B.Silva, 67 - Korne, 26. Fekir, 43.
G qrupu
Real (İspaniya) - Roma (İtaliya) 3:0
Qol: İsko, 45. Beyl, 58. M.Dias, 90.
Viktoriya (Çexiya) - ÇSKA (Rusiya) 2:2
Qol: Krmençik, 29; 41 - Çalov, 49. Vlasiç, 90-pen.
H qrupu
Valensiya (İspaniya) - Yuventus (İtaliya) 0:2
Qırmızı vərəqə: K.Ronaldo, 29 (Yuventus).
Qol: Pyaniç, 45-pen; 51-pen.
Yanq Boyz (İsveçrə) - Mançester Yunayted (İngiltərə) 0:3
Qol: Poqba, 35; 44-pen. Marsyal, 66.