ABŞ Hindistanı da təhdid etdi
30-08-2018 17:11
Baxış sayı:
2110

ABŞ Müdafiə Nazirliyindən Rendal Schriver, Rusiyadan S-400 aldığı təqdirdə Hindistana sanksiya tətbiq edəcəklərini bildirib.
ABŞ Müdafiə Nazirliyi Asiya-Sakit Okean Region Katibinin müavini Rendal Schriver, "Qərar ABŞ prezidenti tərəfindən veriləcək" deyərək hələ qəti bir qərarın verilmədiyinə işarə edib. ABŞ-ın Rusiya və Hindistan arasındakı hərbi əlaqələri tanıdığını deyən Schriver, "Ancaq Vaşinqton Hindistan üçün daha ümidverici tərəfdaşdır" deyə, söyləyib.
Müxalifət.az