Rusiya Aralıq dənizinə ordu göndərdi: 30 təyyarə, 25 gəmi

Baxış sayı:
2005

Rusiya Hərbi-Dəniz Donanmasının və Hərbi Hava-Kosmik Qüvvələrinin iştirakı ilə Aralıq dənizində 1-8 sentyabr tarixlərində genişmiqyaslı təlimlər keçiriləcək.

Muxalifet.az xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi informasiya yayıb.

Məlumata görə, təlimlərə Şimal, Baltik, Qara dəniz və Xəzər donanmalarından gəmilər, hərbi-nəqliyyat təyyarələri və dəniz aviasiyası cəlb olunacaq. Aralıq dənizindəki təlimlərdə ümumilikdə 30 təyyarə və 25 gəmi iştirak edəcək.