Bələdiyyənin ağaclarını kəsənlər CƏRİMƏLƏNDİ
2-05-2018 14:26
Baxış sayı:
5542
Şəki rayonu Bideyiz bələdiyyəsinin mülkiyyətinə aid örüş sahəsində 9 ədəd palıd, qarağac, yemişan cinsli ağac kəsilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, hadisə nəticəsində təbiətə 1070 manat məbləğində ziyan dəydiyi məlum olub.
Faktla bağlı akt tərtib edilib.
Təqsirkarın müəyyən edilməsi və barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış materiallar Şəki Rayon Polis şöbəsinə göndərilib.
Bu fakt nazirliyin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən Şəki rayonu ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirilib.