Almaniya Puçdemonu İspaniyaya təhvil verməyə hazırlaşır
3-04-2018 16:29
Baxış sayı:
6160
Almaniyada prokuror Kataloniyanın sabiq prezidenti Karles Puçdemonun İspaniyaya təhvil edilməsini tələb edib.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, bunun üçün məhkəməyə müraciət ediləcək.
Qeyd edək ki, Kataloniyada qeyri-qanuni müstəqillik referendumu keçirən və ərazinin İspaniyadan ayrılması barədə qərar verən Puçdemon barədə İspaniya höküməti həbs qərarı çıxardıb. O, Finlandiyadan Belçikaya qayıdan zaman Almaniya sərhəddində saxlanılıb.