PKK-nın yüzlərlə terrorçunu basdırdığı məzarlıq... - Foto
21-03-2018 21:12
Baxış sayı:
1156
Türkiyə Silahlı Qüvvələrinin Afrində həyata keçirdiyi “Zeytun budağı” əməliyyatı çərçivəsində azad edilən şəhərdə PKK-YPG terrorçularına aid məzarlıq aşkarlanıb.
Muxalifet.az xəbər verir ki, bu barədə “Hürriyət” yazıb.
Məlumata görə, Afrinin yerli sakinləri məzarlığın yeni olduğunu, “Zeytun budağı” əməliyyatı çərçivəsində öldürülən yüzlərlə terrorçunun sözügedən məzarlıqda dəfn edildiyini bildirib.
Qeyd edək ki, “Zeytun budağı” əməliyyatı yanvarın 20-də başladılıb.