Bakıda DƏHŞƏTLİ QƏTL: kişini doğrayıb, zibil qabına yığdılar
16-02-2018 10:33
Baxış sayı:
2587
Bakının Binəqədi rayonu ərazisində dəhşətli qətl hadisəsi baş verib.
Milli.Az-a daxil olan məlumata görə, orta yaşlarında kişi rayonun 8-ci mikrorayonunda yerləşən "16 mərtəbələr" adlanan ərazisində amansızcasına qətlə yetirilib.
Kişinin doğranmış cəsədi sözügedən ərazidəki zibil qutusunun içindən tapılıb.
Binəqədi RPİ və DİN-lə əlaqə saxlasaq da, bu barədə dəqiq cavab almaq mümkün olmayıb.