​ABŞ İrana qarşı sanksiyaları genişləndirib

Baxış sayı:
2305

Muxalifet.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə nazirliyindən bildirilib.
Sanksiyalar 14 fiziki şəxs və şirkətə qarşı tətbiq edilib. “Qara siyahıya” salınanlar arasında İran Məhkəmə Sisteminin rəisi Sadıq Laricaninin də olduğu bildirilir. S. Laricani İran parlamentinin spikeri Əli Laricaninin qardaşıdır.
Qeyd edək ki, yanvarın 4-də ABŞ Maliyyə Nazirliyi İrana qarşı sanksiya siyahısına 5 müəssisə və 3 fiziki şəxsi əlavə edib.