Əfqanıstanda terror aktı — 2 ölü, 6 yaralı
12-01-2018 19:25
Baxış sayı:
1022
Əfqanıstanın Qur vilayətində terror aktı törədilib.
Muxalifet.az xəbər verir ki, partlayış nəticəsində 2 nəfər həlak olub. Bundan başqa 6 nəfər də xəsarət alıb.
Polisdən verilən xəbərə əsasən, kamikadze terrorçu yaşayış binası yaxınlığında bombanı işə salıb. Qeyd edilir ki, həlak olanlardan biri uşaq, yaralananlardan üç nəfəri isə qadındır.
Ehtimal edilir ki, terrorçu bombanı məsciddə işə salmaq niyyətində olub. Sadəcə bomba vaxtından əvvəl işə düşüb.