Tovuzda maşın aşdı: Yaralılar var
26-12-2017 23:02
Baxış sayı:
1189
Tovuz rayonunda avtomobil aşıb, xəsarət alanlar var.
Muxalifet.az-ın məlumatına görə, hadisə rayonun Əlibəyli kəndi ərazisində qeydə alınıb.
Belə ki, avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində bir neçə nəfər xəsarət alıb. Onlardan - Əlibəyli kənd sakini Zülfüqar Etibar oğlu Quliyev və Tovuz rayon sakini Tural Musa oğlu Abdullayev xəstəxanaya yerləşdirilib. Digər yaralılara isə hadisə yerində tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.