Zaman İsgəndərova məxsus ASC-nin vergi borcu üzə çıxdı
16-04-2025 18:18
Baxış sayı:
756

“Sumqayıt Ticarət Mərkəzi” Açıq Səhmdar Cəmiyyətinin vergi borcu yaranıb.
ASC-nin hazırda 32 606,83 manat vergi borcu var.
“Sumqayıt Ticarət Mərkəzi” ASC 2007-ci ildə qeydiyyata allnıb. Nizamnamə kapitalı 700 208 manat olan ASC-nin qanuni təmsilçisi Etimad Bayramovdur.
Ondan əvvəl isə ASC-ni İsgəndərov Zaman Barat oğlu təmsil edib.
Zaman İsgəndərov tanınmış iş adamıdır. O, “Univermaq Zaman” kimi tanınır. “Sumqayıt Ticarə Mərkəzi” də şəhərdə fəaliyyət göstərən və hazırda Zaman İsgəndərova məxsus olan univermaqın bazasında təsis edilib.
Zaman İsgəndərovun oğlu Nizamı İsgəndərov 2005-2010-cu illərdə deputat olub.