"Xilaskar oğullar dünyaya gətirən analar qarşısında dayanmaq asan deyil" - TANINMIŞ MÜĞƏNNİ / VİDEO, FOTOLAR

Baxış sayı:
27253

Xalq artisti Röya Ayxan Zəfər bayramına həsr olunmuş “Mənim oğlum qəhrəmandır” adlı layihə çərçivəsində çıxış edib.
 
Muxalifet.az xəbər verir ki, bu barədə o, öz İnstaqram səhifəsində paylaşım edib.
 
İfaçı fikirlərini belə ifadə edib:
 
“Onlar sülhü canları bahasına qazanan göyərçinlərdir. "Mənim oğlum qəhrəmandır" layihəsinə hər qoşulduğumda mənim yerimə kövrək hisslərim danışır. Bu səfər də xilaskar oğullar dünyaya gətirən 700-ə yaxın ananın qarşısında dayanmaq, nəğmələr söyləmək elə də asan olmadı. Baxışlarımız toqquşanda sülh göyərçinlərinin qanadlarının səsi qulağımda duyulurdu sanki...”
 
Tədbirin təçkilatçılarından “Fire Land Production”ın rəhbəri Cəlal Qurbanov da Xalq artistinin çıxışı ilə bağlı fikirlərini bölüşüb.
 
“O nə qədər şıltaq görünsə də, "Mənim oğlum qəhrəmandır" və "Mənim atam qəhrəmandır" layihələrində bambaşqa birinə çevrilir. Şəhid əmanətləri onun analıq instinktini qabardır, kövrəkləşir. "Göyərçin" nəğməsi ilə 700-ə yaxın şəhid anasının qarşısında çıxış edən Xalq artisti Röya şəhidlərimizin əslində sülh üçün Vətənə fəda olduqlarını xatırlatdı. Vətənin dilindən göyə pərvazlanmış göyərçin övladlarına səsləndi”.