Keçmiş məhkumun avtomobilindən 1 kiloqramdan artıq narkotik aşkarlandı
31-05-2023 12:02
Baxış sayı:
4853

Xəzər RPİ 3-cü Polis Şöbəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini əvvəllər məhkum olunmuş Kamran İsmayılovun idarə etdiyi “Toyota” markalı avtomobil saxlanılıb.
Muxalifet.az xəbər verir ki, avtomobilə baxış zamanı oradan 1 kiloqramdan artıq marixuana aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.