"Vahid Əhmədov cəzalandırılmalıdır" - FƏZAİL İBRAHİMLİ SAXTAKARLIQLA SEÇİLDİYİNİ İNKAR EDİR

“Ötən iclasda İran parlamentinin Azərbaycana qarşı münasibətini müzakirə edirdik, bu gün isə öz deputatımızın fikirlərini Aydın Mirzəzadə bir fikir işlətdi ki, Vahid Əhmədov tələyə düşüb. Bu fikirlə razı deyiləm. Vahid müəllim tələyə düşən oğlan deyil, o nə deyirsə, düşünərək deyir”.
Muxalifet.az xəbər verir ki, bu fikirləri Vahid Əhmədovun internet kanallarının birinə verdiyi müsahibədə səsləndirdiyi fikirlərə münasibət bildirən spikerin müavini Fəzail İbrahimli deyib.
F.İbrahimli qeyd edib ki, Vahid Əhmədov cəzalandırılmalıdır:
“Vahid müəllim deyir ki, parlamentdə 3 deputatdan başqa hamısı saxta yolla seçilib. Bu deputatların, xeyirində, şərində iştirak etdiyin adamların hissiyatına toxunmaqdır. Bu məsələyə İntizam Komissiyasında mütləq baxılmalıdır və Vahid Əhmədov cəzasını çəkməlidir”.