ÖZƏLLİK - MİLLİLİK NƏDİR VƏ NƏYƏ GƏRƏKDİR - Məmmədxan Əzizxanlı yazır
(Ziya Göyalp,”Türkçülüyün Əsasları,səh.31,”Maarif”, Bakı,1991”)
Özəllik, yaxud perscə - farsca millilik sənin varlığının nişanı, əlamətləridir. Adamın özəllikləri, onun canı, yəni doğal (təbii), bioloji varlığı, sosial yaradıcılıq törəmələri, yəni dili, fəlsəfi düşüncəsi (düzü- bilim, elm, səhvi- din, uydurmalar), tarixi yaddaşında qalan gerçəkdən qaynaqlanan gördükləri (təcrübəsi), xalq yaradıcılığı - adəti, ənənəsi, vərdişi, musiqisi, mədəniyyəti, incəsənəti, ədəbi yaradıcılığı, folkloru, quruculuğu, yaratdıqları, yaşam tərzi, gələnəklərindən ibarət, biri o birini tamamlayan, uzlaşan, maddi və mənəvi dəyərlər toplusudur. Başqa canlıların özəllikləri isə özlərinə xas, instiktə dayanan davranışlarıdır.
Azərbaycanda türkün (oğuz, alban, qıpçaq, sak, ərmən), talışın, ləzginin, kürdün, udinin, saxurun və sair əzəli xalqların özəl, milli kimlikləri ərəb işğalından sonra zorla İslamlaşdırılmaqla ərəbləşdirildi. Ərəb ordularının işğalı, yəni qaba gücü, yalnız adam öldürmə, köləlik, dağıntı və yağmalama ilə bitmədi, bu işğal həm də ərəbin yarımvəhşi, geriçi, yenicə formalaşmaqda olan yumşaq gücü - İslam dini, İslamlaşdırma ilə, yəni ərəb olmayan xalqların maddi və mənəvi dəyərlərinin ərəbləşdirilməsilə zorlandı, oturaqlaşdı və bu günədək davam edir...
Məntiqlə, özündən güclüsünü, yalnız ondan daha ağıllı və hiyləgər olmaqla, qılığına girməklə nəyəsə inandırmaqla, aldatmaqla, özündən gücsüzünü isə, həm də buna zorlamaqla, ölüm, aclıq və başqa məhrumiyyətlərin təhdidi altında öz fikirlərinə qulluq etdirə bilərsən. Ərəb işğalçıları hər iki üsuldan başarıyla yararlandılar.
Sonradan özünə gələn, toparlanan türklər tərəfindən qaba güclə, yəni savaşla yenilən, öz qaba güclərini itirən ərəblər, özlərinin yumşaq gücü olan – İslam dini vasitəsilə türklərin iqtidarında nəinki öz üstünlüklərini qoruyub saxlaya, hətta qalib türkləri öz geriliklərinə - İslama assmilyasiya edə, gömə bildilər. Ərəblər buna türklərin və başqa xalqların dilini, dinini, yazısını, düşüncələrini zorla islamlaşdırmaqla, yəni mənəviyyatını ərəbləşdirməklə nail oldular. Bu gün bütün həyatımız, hətta adımıza, məişətimizə, yatağımıza qədər... doğal sürəcə, dünyəvi düşüncəyə zidd olaraq, geriçi ərəb İslamının ehkamları ilə uyğulanmaqdadır, yəni tənzimlənməkdədir. Uşaqlıqdan, artıq ərəbləşmiş ata və anamız tərəfindən iliyimizədək hopdurulan geriçi ərəb İslam ehkamlarından, düşüncəsiindən qopub sağlam dünyəvi yaşam tərzinə keçmək çox çətin, bəzən tam yuyulmuş beyinlərdə isə heç mümkün deyil, bununçün savadlanma yoluyla bütünlüklə İslam dinindən sadəcə imtina etmək gərəkir, başqa yol yoxdur.
Türklər və bütün ərəb olmayan müsəlman xalqlar İslam dininin təriqətlərinin sayı qədər (İslamda 73 təriqət var, onun 48 sünni, 25 isə şiə təriqətidir) içdən bölündüklərindən toparlana, özəl, milli birliklərini, sağlam, dünyəvi dövlətlərini və normal yaşamlarını qura bilmirlər...
Düşüncəmizi xərçəng kimi sarmış Ərəb İslam ehkamlarından qurtulmayınca bizdən normal adam olası deyil. Çünki Quran, öz ehkamları və İslam dininin vacib şərtlərindən biri kimi, hər bir müsəlmanı “könüllü” olaraq Hacca (Quran,22.26-36) getməyə, bununçün, ərəblərin xeyrinə minlərlə manat pul xərcləməyə, mənasız ayinləri icra etməyə, öz tarixi qatillərini sevməyə, beləliklə də İslam dini vasitəsilə düşüncəmizi ərəb işğalında, noxtasında saxlamağa vəzifələndirir... Ərəb şeyxləri də bizim daha çox varlanmaq, sayılmaq istəyən, beyni yuyulmuş varlı axmaqların, maymağların, giclərin, manqurtların hesabına, baş dələduzundan başlamış ta indiyədək, heç bir ictimai faydalı iş görmədən, dini vergilər, ianələr hesabına, parazitcəsinə keyflərini sürməkdədirlər. Molla şəbəkəsi də geydirmə ziyarətgahlarıyla birlikdə ianələr və dini vergiləri yığmaqla müftəxorları və terrorçuları maliyyələşdirmək üçün qurulub, kasıblara yardım üçün yox. Halbuki, hər bir ərəb olmayan müsəlman dinli xalq, ərəbə boşuna israf etdiyi o xərclə öz ailəsində, məhləsində, elində, obasında nə qədər imkansıza əl tuta, yol, su çəkə, məktəb tikə, uşaq, tələbə oxutdura, sağlamlıq, mədəniyyət ocaqları qura, elmi inkişafa nail ola bilərdi...
Ərəbin İslam dini adlanan yumşaq gücünün yağmalığı, parazitliyi bax budur, biz onu yaşatdıqca bu pislik yaşayacaqdır. Bu halda ərəbin yumşaq gücü olan İslam, onun qaba gücündən (ordusu, işğalı, terroru) daha etkili (təsirli), daha güclü, qalıcı, daha davamlı və daha təhlükəlidir. Ərəblər başqa ölkələri qılıncla aldıqdan sonra yumşaq güc olan İslam dini vasitəsilə müsəlmanlığa zorladıqları xalqların aydınlarını, maddi və mənəvi abidələrini, yəni özəlliklərini yox etdikdən sonra, seçkinlərini (elitasını) assmilə etsələr də, yəni onların mənəvi özəlliklərini ərəb ümmətçiliyində əritsələr də, lakin ucqarlarda yaşayanların içinə tam girə bilməmişlər. Elə buna görə də ucqarlarda yaşayanlar arasında İslam dini zəifdir. İslam dini zəif olan Elat deyilən yerlərdə isə, həmən xalqların özəllikləri, millilikləri - sosial yaradıcılıq törəmələri, yəni dili, fəlsəfi düşüncəsi, tarixi yaddaşında qalan gördükləri (təcrübəsi), xalq yaradıcılığı - adəti, ənənəsi, vərdişi, musiqisi, mədəniyyəti, incəsənəti, bədii ədəbiyyatı, folkloru, yaratdıqları, gələnəkləri, özəl yaşam tərzi daha çox qorunub saxlanmaqdadır.
Ərəbin zorla müsəlman etdiyi xalqlardan, yalnız perslər-farslar daha fərasətli tərpənib vaxtında, ərəb İslamının içində, Salman farsi tərəfindən, təriqət formasında, özlərinin pers- fars şüubiyyəçiliyini- şiəçiliyini yaratmaqla cəhalət donuna bükülmüş olsa da müəyyən qədər özəlliklərini, milliliklərini qoruyub saxlaya bildilər. Perslər-farslar şiəçiliklə nəinki özəlliklərini qoruyub saxladılar, həm də himayəsində yaşadıqları türk hökmranları hesabına yaxşıca yemləndilər. Hətta, beyinsiz türk sülalərindən olan başçıların qılığına girməklə, hiyləgərliklə ələ almaqla, onların hökmü vasitəsilə türk və başqa xalqların düşüncəsini də şiəliklə ələ alıb, işğal edə, türklərin sayəsində bütün dövlət atributlarını faktiki hazırlayan pers-farslar, 1925-ci ildə, ingilisin yardımıyla, hüquqi olaraq öz dövlətlərini İran adıyla rəsmən qura bildilər.
Ancaq İslam - sünnüçilik və şiəçilik cahillərçün birləşdirici, etkiləyici gücə çevrilsə də, sonuc etibarilə nə ərəblərə, nə perslərə-farslara, nə türklərə, nə də başqa xalqlara inkişaf, xoşbəxtlik gətirmədi, əksinə, sardığı millətləri cəhalətə, geriliyə, kriminal idarəçiliyə gömməklə onları dünyəvi inkişaf yolundan sapdırdı, caydırdı, onları səfalətə soxdu, çünki ideologiyalarının əsası gerçəyə, elmə yox, cəhalətə dayanırdı. Müsəlman dinli toplumların, dövlətlərin gerçək halı buna bariz sübutdur. Məsələ burasındadır ki, hər cür din, təriqət cahillərçün faktiki birləşdirici olsa da, lakin məzmunca mənfi, eynən kriminal birliklər, mütəşəkkil cinayətkarlıq kimi kriminal xarakterli olduğundan sonuc da müsbət yox, mənfi alınır, çünki idarəçilik, yaşam hesabı, fəaliyyət, yalan, uydurma üzərindən aparılır və reallığa pərçimlənməklə saxtalıq əsasında qurulur, bilim, elm, insan yaradıcılığı, mədəniyyət üzərindən yox.
234 il qabaq Qərbi Avropa da Xristian dininin idarəçiliyi altında olanda elə bizim günümüzdə, hətta bizdən də pis gündə idi...
Müsəlman edilmiş Türklərin, Ərəb İslamının içində yaratmağa çalışdırları və sonucda dünyəvi baxışlar, sosial ədalət doğuran - Sufilik, Hürufilik cərəyanları, Xürrəmilər hərakatı isə, bizə qarşı ümumi maraqları üst, üstə düşən, güclü düşmən ərəb və pers-şiə qüvvələri tərəfindən amansızlıqla önləndi, yatırıldı... Bu qiymətli fikir daşıyıcılarının hamısı, başçılar –Cavidan istisna olmaqla, Babək, Mənsur Həllac, Nəimi, Nəsimi, II İsmayıl, Osmanlılarla münasibətləri yaxşılaşdırmaq üçün İslamdakı sünni-şiə təriqət bölücülüyündən qurtulmağa çalışan təhsilsiz Nadir Şah, ağıllı, təsadüfi bir səhlənkarlıq səhvi ucbatından öldürülən Qacar Şah və onların ayrılıqda oluşan işıqlı fikirləri, sonrakı yaradıcı insanlarımızın – Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabi, Mirzə Şəfi Vazeh, Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə, cümhuriyyət böyüklərimiz - Əli bəy Hüseynzadə, İsmayıl bəy Qaspıralı, Həsən bəy Ağayev, Əhməd bəy Ağaoğlu, Məmmədəmin Rəsulzadə, Mirzəbala Məmmədzadə, Əlimərdan bəy Topçubaşov, Fətəli Xan Xoyski, Nəsib bəy Yusifbəyli, Hüseyn Cavid, Cəfər Cabbarlı, Almas İldırım, Əhməd Cavad, Üzeyir Hacıbəyli, Güney Azərbaycan Demokratik Dövlətinin qurucusu Seyid Cəfər Pişəvəri, onun silahdaşları və sair azadlıq carçılarının, habelə çağdaş özəl, milli hərəkatçıların əsərlərində, işlərində, əməllərində yaşadıldı.
1918-ci il, may ayının 28-də, Ərəbin İslam cəhalətinə, qaranlığına gömülmüş müsəlman Şərqində yaradılan ilk demokratik dövlət – Azərbaycan Xaıq Cumhuriyyəti bu işıqlı insanlarımızın davam edən, birgə və parlaq əl işi idi. Bu günkü dövlətimiz - Azərbaycan Respublikası, çağımızın özəl, milli hərakatçılarımız da özünün bütün çatışmazlığı, əyər, əskiyliyi ilə bərabər, ərəb işğalından sonra, Ərəb İslam zülmünə qarşı VII əsrdən başlamış həmin azadlıq hərəkatının – qaba və yumşaq gücün məntiqi davamıdır. Nə qədər ki, Azərbaycanda, bütün Türk dünyasında, müsəlman Şərqində Ərəb İslamının düşüncə köləliyi qalır, Ərəb İslam zülmünə qarşı başlamış həmin azadlıq hərəkatı da davam edəcəkdir.
Odur ki, farslar istisna olmaqla, ərəbdən başqa, bütün müsəlman edilmiş xalqların özəllikləri, milli kimlikləri Ərəb İslam ümmətçiliyində əridildiyindən az qala yox dərəcəsindədir. Ərəb olmayan, müsəlman dinli xalqların aydınlarının, ziyalılarının öz xalqının özəlliklərini, özəl, yəni milli kimliklərini aramaları, tapmaları, yoxluqdan var etmələri böyük hünər sayılmalıdır. Ona görə də 1918-də, Məmmədəmin Rəsulzadənin başçılığı ilə, bizim özəlçi, millətçi, demokrat, dövlət qurucu böyüklərimiz, 1923-cü ildə “Türkçülüyün Əsasları” adlı əsərini yazmaqla dövrünün türk millətçi fikirlərini ümumləşdirib sistem şəklinə salan Ziya Göyalp, dağılan, özəl, milli simasına görə daha çox amorf, yəni qarışıq, qeyri müəyyən xarakterli (ərəb-fars-türk) Osmanlı Dövlətinin yerində, 1923-cü ildə, silahdaşları ilə birlikdə, türkçü düşüncələr və dünyəvi prinsiplər əsasında çağdaş Türkiyə Cümhuriyyətini quran Qazi Mustafa Kamal Paşa Atatürk, habelə 1920-dən bəri bu yöndə qələm çalmaqla çalışanlar sırasında 2022-ci ildə “Türkçü düşüncənin əsasları”nı yazmış professor Nəsib Nəsibli və “Türkçülük məsələləri” adlı bitik yazmış doktor Qutlu Ər kimi aydınlarımızın yeri millətimizin özəlçi tərbiyəsində çox ucadır. Çünki, bu şəxslər millətimizin Ərəb İslamı, pers-fars şiəçiliyi və rus assmilyasiyası ilə yox edilən özəlliklərini, milli kimliklərini araşdırıb, toparlayıb türk millətinə anladanlardır.
Bu gün Turan Dövlətlər Birliyini yaratmaqdan danışanların bəziləri ya qəsdən düşmənçiliklə, ya da bilməzlikdən naşıcasına bu Birliyə 73 bölücü təriqətləriylə birlikdə ərəb İslamını da soxmaq istəyirlər. Sanki bunlar, Ərəb İslamının Türk tarixində oynadığı mənfur, dağıdıcı, geriçi, aşağılayıcı rolunu görməzdən gələnlərdir. Burada məqsəd əlbəttə ki, Ərəb İslamını və onun funksionerləri olan parazit din tacirlərini türkün malı, canı hesabına yaşatmaqla öz tüfeyliliklərini sürdürmək və sağlam Türk Dövlətlər Birliyin qarşısını almaqdır. Yəni, yaranışından Türk Dövlətlər Birliyinin içinə bölücü, geriçi, inkişafdan saxlayan nadanların simasında 73 fərqli, biri, birilə barışmaz düşüncəli, dağıdıcı mina yerləşdirməkdir. Bu tozanaqlı dinşüvənlər elə bilirlər ki, biz hələ də türkün başına gətirilən Ərəb İslam fəlakətinin, faciəsinin bizi necə geriliyə gömməklə inkişafdan saxlamasının fərqində deyilik... ancaq səhv edirlər.
Odur ki, Türk Dövlətlər Birliyi - Turan hər cür cəhalətdən, kriminallıqdan, diktaturadan, avantüradan uzaq, yalnız onu quranların qarşılıqlı iqtisadi və siyasi faydası, gəlişmədə biri, birinə dayaq olmaq, kənar basqıdan qorunmaq, xalqın rifahı, bilim, mədəniyyət və inkişaf əsasında qurulmalıdır. Türkçülüyün təlimi, tərbiyəsi çox gərəkli olsa da, lakin əsas bu yöndə Məmmədəmin Rəsulzadə və Qazi Mustafa Kamal Atatürk kimi iş görməkdir. Bilimə, ədalətə, inkişafa əsaslanmayan heç bir iş görülməməlidir.
Türkçülük, türk özəl mənlik şüuru olaraq, başqa xalqların bizə qarşı olmayan özəlliklərinə qarşı olmamalı, əksinə onların da doğal, yasal haqlarını tanımalıdır. Türkçülük, doğal millətçilik olaraq, türk millətini yüksəltməli, öz haqlarını qorumalı, üstün dünyəvi dəyərlərlə zənginləşməli və gəlişməli, başqasının haqqına əsla girməməklə, onların doğal, yasal haqlarına hörmətlə yanaşmaqla, cəhalətə, ədalətsizliyə, şovinizmə, faşizmə, irqçiliyə və hər cür ayrı, seçkiliyə qarşı olmalıdır. İşə çevrilməyən söz faydasızdır. Özünün, özəl, yəni milli mənlik şüuru olmayan - başqasına da potensial təhlükədir.
Türklərə münasibətdə özəlçiliklə, yəni millətçiliklə, şovinizmi, faşizmi, irqçiliyi “eyniləşdirib” bizi pisliklə damğalamağa çalışanlar, bizi millət olaraq birləşdirici əsas amildən məhrum etmək istəyirlər ki, buna da əsla yol vermək olmaz. Çünki, özəlçilik, millətçilik bütün xalqlar üçün döğal, birləşdirici faktordur. Rəqiblər, əsas birləşdirici faktor olan millətçilikdən iyrəndirib uzaqlaşdırmaqla və bu birləşdirici vasitəni əlimizdən almaqla əslində bizi ideoloji baxımdan əliyalın, silahsız və dağınıq hala gətirmək istəyirlər. Halbuki, özləri təbii olaraq öz millətinin millətçisi kimi fəxrlə çıxış edirlər... Belə çıxır ki, türklərdən başqa hamıya, o cümlədən Azərbaycandakı xalqlara və Avropalılara özəlçilik, millətçilik yaraşır, yəni onlar millətçi olanda olur, ama biz türklər özəlçi, millətçi olanda isə, bu - şovinizm, faşizm, irqçilik və ayrı, seçkilik olurmuş... Iş o yerə çatıb ki, millət olaraq öz Türk adımızla adlanmağımızı belə qısqanırlar, sanki özlərinə təhlükə görürlər, həzm edə bilmirlər. Bu qədər də əsassız dözülməzlik, ədalətsizlik, ayrı seçkilik olarmı? Sənin haqqını mənimçün normal saydığım halda, mənim Ad haqqım səninçün niyə və hansı ölçülərə görə legitim haqq sayılmamalıdır? Axı, biz türklər, vətəndaşlarımız olan əzəli, doğma xalqlarımızın bizə qarşı olmayan doğal haqqlarını legitim sayırıq.
Azərbaycanda türkdən başqa bütün millətlər, xalqlar, etnoslar öz adları ilə adlanırlar və bu Türkə təhlükə deyil, ancaq Türk öz adı ilə adlananda... bu - şovinizm, faşizm, irqçilik və ayrı, seçkilik və başqa xalqlara təhdid olurmuş, niyə? Azərbaycanlı - yurdumuzda yaşayan bütün vətəndaşlarımızın yer mənsubiyyətini bildirən adıdır, hansısa millətin, o cümlədən Türk millətinin adı, adının sinonimi deyil... Əsl diskriminasiya, yəni hüquq bərabərsizliyi budur ki, Azərbaycanda türklərə qarşı yapılır. Göründüyü kimi, bizə yapışdırmaq istədikləri pis yarlık qərəzli olduğu qədər də gülüncdür.
Bir dəfə, 1991-ci ildə, milli hərəkatçılar – müəlimim, əsəln ərdəbilli, 1946-da zabit hazırlanmaq üçün Demokratik Dövlətimiz tərəfindən quzeyə göndərilmiş, Azərbaycan Dövlət Universitetində, Seyid Cəfər Pişəvərinin öldürülməsində təqsirkarın tapılması ilə bağlı çıxışına görə, məhkəmə hökmü olmadan, 6 il DTK-nın (NKVD-KQB) dustağı olmuş İsmayıl Təriqpeyma, fizika elmlər doktoru Bəhmən Sultanlı, filologiya elmləri doktoru Elməddin Əlibəyzadə, filoloq, professor Firudin Cəlilov (Ağasıoğlu) və təbiətşünas alim, Azərbaycanda Nəvai AES-nin tikilməsinə qarşı mübarizə aparan Şamil Saleh – milli hərəkat, Qarabağın savunması və latın əlifbasına keçilməsilə bağlı, bizim evdəki növbəti toplantıda, Elməddin Əlibəyzadədən soruşdum ki, niyə ermənilərin yox, gürcülərin yox, bizim əlifbamızı iki dəfə - ərəbdən latına, sonra da latından kirilə dəyişiblər? “Çünki, rusun nə erməni, nə də gürcü problemi vardı, ancaq türk problemi vardı” deyə, cavab verdi... Məncə o haqlı idi, ona görə də rusa əsas və güclü rəqib saydıqları türkləri zəif və inkişafdan geri salmaq üçün çoxlu maneələr (elmi məktəblər, milli sənaye, mədəniyyət müəsisələri, obyektləri açılmırdı, əsgərliyə aparılmırdı və s.) yaratdıqları kimi, əlifbanı da heç bir obyektiv əsas olmadan latından, kirilə dəyişirdilər...Əlbəttə, yəqin ki, burada Türkiyənin də bizdən sonra latın qrafikasına keçməsinin rolu vardı – SSRİ-nin siyasi rəhbərliyi Azərbaycanla, Türkiyənin eyni əlifbada olmasını istəmirdilər...
Özəlçilik, yıni millətçilik düşüncəsi, Qərbi Avropada, Burjuaziyanın, Xristian kilisəsini hakimiyyətdən uzaqlaşdırmasından sonra, doğal görsəniş kimi meydana gəlmiş, avropalılar bu cərəyan və dünyəvi prinsiplər əsasında idarə olunan özəl, yəni milli dövlətlər qurmuşlar. Qərbi Avropanın, ABŞ-ın 234 il qabaq qurmağa başladığı, özəl, milli dövlətçiliyə dayalı idarəçilikdə uğurları ən yaxşı kimi göz qabağındadır. Bütün cəhdlərə baxmayaraq, Şərqin müsəlman xalqları düşüncələrini xərçəng xəstəliyi kimi sarmış, Ərəbin İslam dini zəncirindən qurtula bilməmiş, sağlam toplumu, dövləti bu günədək qura bilməmişlər. Müsəlman Şərqində din cəhalətindən arındırılmış özəlçi, millətçi dövlət və toplum yoxdur. Geriliyimizin əsas səbəbi də budur.
Vaxtilə özəlçi, yəni millətçi dövlətlər kimi formalaşmış bugünkü Avropa dövlətləri 200 ildən artıqdır (qalıcı bir kültürün, sivilizasiyanın oluşması üçün azı 200 il fasiləsiz eyni idarəçilik yönətimi, vaxt gərəkdir), möhkəm, sağlam rəqabətli, elmi əsaslar üzərində qurulduğundan, yəni liberal demokratiya adlı bir özəl idarəçilik mədəniyyəti yaratdıqlarından, bu gün onların müəyyən az qisminin çeşidli, fərqli yaşam tərzinə - deyək ki, ifrat liberallığa, kosmopolitizmə və s. caydırıcılığa meyl etməsi, yol verməsi onların özəl, yəni milli birliyi üçün dağıdıcı faktor, qüvvə sayılmır və sayıla da bilməz. Çünki, Qərbi Avopanın özəl, milli birlik əsasları çoxdan oturaqlaşıb, yəni ailədən, toplumadək - düşüncə ürətən genlərinə çevrilib. Onlar kimi biz də bu elmi, doğal yolu keçməliyik, yalnız o zaman toplumda yaranacaq, dayaz olduğu qədər keçici, ötəri görsənişlərdən, təhlükələrdən sığortalana bilərik.
Danışığında dilimizi yad sözlərdən arındıran, türk sözlərindən istifadə etməyə çalışan FB-də tanıdıqlarım: Yadigar Türkel (ölmüş), xüsusilə Xaliq Bahadır, Nəsib Nəsibli, Abil Ulusoy, Soylu, Düzgün və İşıqlı Atalılar, bir də özüm...
Özəlçi, yəni millətçi tarixçilərimizdən umacağım budur ki, Azərbaycanın, Orta Asiyanın, bir sözlə türklər yaşayan yerlərin pers, ərəb və rus orduları tərəfindən işğalı dövrləri, assmilyasiya sürəci, bunlara qarşı müqavimət, Birinci Respublika - Azərbaycan Xalq Cumhuriyyəti dövrü və bu zaman ikinci rus işğalına gərəkən müqavimət göstərilməməsinin səbəbləri, İkinci Respublika – Azərbaycan Sovet Sosialist Respublikası dövrü, Üçüncü Respublika - Azərbaycan Xaıq Cəbhəsi və Dördüncü Respublika – Azərbaycan Respublikası dövrləri hərtərəfli və düzgün araşdırılsın. Deyilənə görə, nə üçünsə Azərbaycan Müdafiə nazirinin müavini, tam artilerya generalı, xəstə müdafiə naziri Səmədbəy Mehmandarovu əvəz edən Əliağa Şıxlinski, 1920-ci il, aprel ayının 19-da, quzey sərhədimiz Yalamaya, bizi işğal etməyə gələn XI Qırmızı Ordunun qabağını almaq üçün gəlməli olan, artıq Yevlaxda qatara oturmuş əsgərlərimizi geri, Qarabağa qışlağa qaytarılmasına hansı zərurətdən əmr vermişdir, niyə?
Əgər rus Sovet işğalından dərhal sonra, başda Gəncə üsyanı olmaqla, fasilələrlə, İkinci Dünya Müharibəsinədək, ölkədə 52 üsyan olmuşsa, onda nə üçün , Azərbaycan Xalq Cumhuriyyətinin rəsmiləri xalqın bu dirəniş potensialını görməmiş, görmüşsə niyə vaxtında xalqın gücünü gərəyincə təşkil edib, dövlət gücünə çevirməklə işğalçılara qarşı vuruşmamaış, ruslar üçün, yalnız kağız parçası olan bir protokolla dövləti təhvil vermişlər? Axı, millət, onları, ölkəni aqressorlara təhvil vermək üçün hakimiyyətə gətirməmişdi, əksinə düzgün qərar verməkçün, savunmaqçün, xoşbəxt yaşamı təmin etməsi üçün gətirmişdi? Mən əminəm ki, o vaxt bu müzakirələr olub, olubsa kimlər, hansı fikrin tərəfində olublar, bunların hamısı ortaya çıxarılmalı, qiymətləndirilməli, tarixi olaylardan ibrət dərsi alınmalıdır... Kimlər düşünürsə bu araşdırmalar bizim birliyimizi parçalaya bilər, cümhuriyyət böyüklərimizin üstünə kölgə sala bilər səhv edir, əksinə “Çalxalandıqca, bulandıqca zaman nehrə kimi, yağı, yağ üstə çıxır, ayran, ayranlıq olur. ” (M.Ə Sabir), klassiklərimizi oxuyub bilmək azdır, onların ağıllı, məntiqli dediklərini işə çevirmək lazımdır, yoxsa bu qiymətli fikirlərin nə faydası?... Cümhuriyyət böyüklərimiz bütün əyər, əskiklərinə bxmayaraq, bizə böyük, taleyimizi, hətta bu gün də bəlirləyəcək çox qiymətli irs, bizi daim başıuca edəcək şətrəfli tarix qoyublar, məlumdur ki, gücləri buna çatıb...
Burada, istər, istəməz 1993-ün biabırçı hakimiyyət təhvil, təslimi yada düşür ki, bu da ayrıca incələnməlidir, DTK (NKVD-KQB) arxivləri açılmalıdır, millət kimin, kim olmasını bilməlidir, yoxsa məlum antimilli qüvvələr 2017-də Tərtər qırğını kimi kütləvi dövləti cinayət törətmişləri, xəyanətkarları bizə milli qəhrəman, bahadır kimi, fədakarlarımızı isə cinayətkar, xain kimi sırımağa davam edəcəklər, bu isə istənilən vaxt partladıla bilən mina üstündə oturmaqdan başqa bir şey deyil. Əgər bunlar vaxtında edilməzsə, gələcəkdə bundan da biabırçı “təhvil, təslimlərin” olacağı istisna olunmur, çünki içimizdəki, özüdə rəhbərlikdə olan 5-ci kolonlar yerindədir...
Ərəbin İslam düşüncəsinin işğalından qurtulma sürəcinə, dinamikasına baxdıqda açıq görünür ki, müsəlman dinli xalqlar arasında ən sağlam düşüncəli yolda BİZİK. Bu gün bizim genefondda adlarını çəkmək istəmədiyim çox qiymətli aydınlarımız, ziyalılarımız var, lakin onların çatışmayan və ağıl səviyyələrinə əsla yaraşmayan bir çatışmazlığı var ki, bu da – hər cür dinlərə, təriqətlərə, uydurmalara, əsasən də Ərəbin İslam cəhalətinə, geriliyinə axmaqcasına inanıb mollalıq etməkdir, özlərindən çox əskik olan cənnət alverçilərinin, dələduzların, cahillərin quyruğunda sürünməkdir. Əzizlərim, ayıbdır, etməyin, özünüzü və bütün nəslinizi ərəb pisliyindən arındırmaqla parlaq bir devrim, inqilab yapıb da xoşbəxt olalım...
Məmmədxan ƏZİZXANLI,
13.03.2023
Qeyd: Müəllifin mövqeyi ilə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.