Gəncədə marketdə gözətçiyə xəsarət yetirilib - İçində 150 min manat olan seyf oğurlanıb
6-03-2023 12:52
Baxış sayı:
1948

Gəncədə marketlərin birində quldurluq edən şəxs tutulub.
Muxalifet.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupundan bildirilib.
Məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə quldurluğu törətməkdə şübhəli bilinən 1994-cü il təvəllüdlü Nicat Abdullayev tutularaq istintaqa təhvil verilib.
Qeyd edilib ki, N.Abdullayev mağazaya gələrək orada olan 69 yaşlı gözətçiyə küt alətlə xəsarət yetirib, onun əl və ayaqlarını yapışqan lentlə bağlayaraq mağazadan içində 157 151 manat, 6 040 dollar və 18 100 rubl olan seyfi aparıb. Polis əməkdaşları tərəfindən seyf mağazaya yaxın ərazidə basdırılmış vəziyyətdə tapılıb.