​Bu gün “xan”ın əleyhinə bülbül kimi ötənlər, indiyədək niyə susurdular?! – ELDAR SABİROĞLU YAZIR

Baxış sayı:
2121

Vasif “xan”ın Naxçıvanı yaman günə qoyduğu barədə çox yox, lakin bir-iki tənqidi yazım olub. Ataların gözəl sözü var: "Özü-özünə eləyənə el yığılsa, eləyə bilməz". Vasifin simasında biz bunu gördük. İksla (x) iqrikin (y) fərqini anlamayan bu bisavadın, di gəl, naxçıvanlıların başına əkmədiyi turp qalmayıb. Camaat qan ağlasa da, vecinə almadan böyük tarixi, elmi, mədəniyyət ənənələri ilə məşhur olan bölgədə sözün əsl mənasında despotik bir rejim yaratmış, övladlarını, qohum-əqrabasını başına yığaraq Naxçıvanı soyub-talamaqla məşğul olublar. Sanki Naxçıvan bunun dədəsinin otlaq yeriymiş. Bu ağılla da 20 il bəxtsiz diyarı necə gəldi, o cür də idarə edirmiş.
Azərbaycanın heç bir yanında baş verməyən hadisə və açıq cinayət oyunbazlıqları məhz onun sayəsində Naxçıvanda baş qaldırıb. İnana bilmirəm, bu qədər zülmdən sonra “xan” sakitcə öz qınına çəkilsin. Naxçıvanın çörəyi, mərhum Heydər Əliyevin etimad və inamı onun haramı olsun.
Yayılmış məlumatlara əsaslanaraq onu demək istərdim ki, az qala Naxçvan kimi zəngin bir torpağı iranlıların ixtiyarına veribmiş. Düzdürsə, daha deməyə söz tapmıram. Çox yəqin ki,  nə qədər yaxın olsalar da, cənab prezident taladıqlarını onun burnundan zədən-zədən gətizdirəcəkdir.
Ancaq çox maraqlıdır, indiyəcən bu cinayətin üstünə nədən tumar çəkilib? Göründüyü kimi, lap ağını çıxarıbmış...
NaxçvanI iranlıların ixtiyarına veribmiş… - ELDAR SABİROĞLU “NAXÇIVAN XANI” HAQDA YAZIR
P. S. Az əvvəl toxunduğum bir məsələyə təkrar diqqət çəkmək istərdim. Çünki çox vacib problemdir. Desəm milli problemdir, məni qınamayın. İndi “xan”ın əleyhinə bülbül kimi ötənlər, niyə onun özü və vəzifəsi sarsıdıcı zərbə alandan sonra başladılar?! Onların qarşısını nə kəsirdi ki, danışmağa cürət etmirdilər!? Heç bir haqq qazandıra bilməzlər. MM-in üzvləri düşünsünlər, bu dərəcədə yavaş tərpənməyə heç cür haqq qazandıra bilməzlər. Müftədən yormasınlar özlərini. Allah etməmiş, sabah hakimiyyətin zirvəsi üçün bir problem yaranarsa, söz yar çıxaranların cərgəsində yenə MM üzvlərinin, siyasi partiya liderlərinin dayanacağına heç şübhəniz olmasın. Baxmayacaqlar ki, daha onları adam eləyib ortalığa çıxaran kimdir?!
Eldar SABİROĞLU