Tatar jurnalist Putinin tələbi ilə Türkiyədə saxlanıldı - FOTO

Baxış sayı:
2684

Rusiya-Ukrayna müharibəsi ilə bağlı etdiyi paylaşımlarla tanınan ATR telekanalının jurnalist Gülsüm Xəlilova tutulub. O, Zaqrebdən İstanbula uçuş edərkən, Rusiya Federasiyasının tələbi iləTürkiyə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Muxalifet.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə Krım tatar xalqı parlamentinin rəhbəri Refat Çubarov məlumat verib.

"Dünən gecə İstanbul hava limanında Xorvatiyadan gəldikdən sonra Rusiya İnterpolunun tələbi ilə ATR telekanalında çalışan tanınmış Krım tatar jurnalisti Gülsüm Xəlilova saxlanılıb. Müxtəlif mənbələrdən məlum olduğu kimi, saxlanılma Rusiyanın sorğusuna uyğun olaraq İnterpol çərçivəsində həyata keçirilib", - Çubarov bildirib.

Xatırladaq ki, bir müddət əvvəl Rusiya G.Xəlilovanın saxlanılması ilə bağlı İNTERPOL-a müraciət ünvanlayıb.