KTMT: hərbi ittifaq, yoxsa ritual təşkilat? - TƏHLİL

Qırğızıstan KTMT sülhməramlı qüvvələrinin iştirakı ilə gələn həftə respublika ərazisində keçirilməsi nəzərdə tutulan “Sarsılmaz Qardaşlıq - 2022” komanda-qərargah təlimlərini ləğv edib. Əlbəttə, bu qərar təsadüf deyil və soruşula bilər ki, rəsmi Bişkekin bu tövrü nəyə dəlalət edir?
Açıq demək lazımdır ki, Qırğızıstan KTMT-dən narazılığını hər zaman nümayiş etdirir. Başqa sözlə, KTMT-də qalmanın perspektivinə dair ortaya əks-mövqe qoyur. Çünki təşkilat iştirakçılar arasında münaqişələrin həlli, eləcə də onlardan birinə təhlükə yarandıqda müttəfiqlərin köməyi üçün mexanizm yoxdur.
Birincisinə misal olaraq qırğız-tacik, ikincisi Ermənistan-Azərbaycan münaqişələrini göstərmək olar. Ancaq bu, yalnız xarici görünüşdür. Qırğızıstanın bu davranışının əsas səbəbi, təbii ki, xarici amildir. Tam olaraq nə?
Bu amil kimi Türkiyənin Mərkəzi Asiyada təsirinin artmasını göstərmək olar.
Haşiyə çıxaraq deyə bilərik ki, Türkiyənin Mərkəzi Asiyaya yayılması Azərbaycan vasitəsilə baş verir. Başqa sözlə, Azərbaycan təməlləri atılan Turanın əsas halqasıdır. Türkiyə Mərkəzi Asiyaya, o cümlədən də Qırğızıstana Azərbaycan vasitəsilə effektiv nüfuz etməkdədir. Necə ki, 30 il əvvəl Türkiyə Azərbaycan vasitəsilə Cənubi Qafqaza nüfuz etməyə başladı. Türklər qonşularının məruz qaldığı münaqişədə müttəfiq kimi çıxış edirdilər, yəni türk dünyasının müdafiəçiləri kimi. Türkiyə Qırğızıstan məsələsində də Azərbaycan üçün çalışdığı kimi çalışır. Amma Qırğızıstan daha kasıbdır.
Ermənistan-Azərbaycan münaqişəsində Türkiyə faktiki olaraq tərəflərdən biri olmaqla, arbitr rolunu oynamağa çalışır. Ukraynada hərbi əməliyyatlarla başı qarışan Rusiya Qafqazda baş verənlərə göz yumduğu məqamda, Türkiyə-Azərbaycanın təzyiqindən ehtiyatlanan Ermənistan sürətlə Qərb ölkələrinə yaxınlaşır. Görünən odur ki, Paşinyan Ağ Evdən açıq təhlükəsizlik siqnalı alıb - ruslardan uzaqlaşın, Azərbaycan və Türkiyə aqressiyanı dayandıracaq.
Qərb Qafqaz geosiyasi müstəvisində Türkiyəyə qarşı balans rolunu oynayır, amma digər tərəfdən də hər ikisinin istiqaməti bir nöqtədə uzlaşır - Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq.
Rusiya Federasiyasına könüllü daxil olmaq uzun müddət ermənilərin milli ideyasına çevrilməli idi. Amma bu gün Ermənistan elitası Rusiyadakı ağır vəziyyətdən istifadə edərək, Qərbə yaxınlaşır. Post-sovet elitası Qərbə inteqrasiya etməyə çalışır. Beləliklə, KTMT-nin corab söküyü kimi dağılması başlayıb.
Ermənistan Müdafiə Nazirliyi NATO ilə fəal əməkdaşlığa başlayır. Qırğızıstan və Qazaxıstan uzun müddətdir ki, NATO-yla əlaqələri gücləndirir.
Yeri gəlmişkən, Qazaxıstanın KTMT-dən çıxması ilə bağlı xəbər olsa da, Qazaxıstan rəhbərliyinin rusofob mövqeyini nəzərə alsaq, belə bir məlumatın ortaya çıxması faktının özü də göstəricidir.
Ağ Ev Tacikistanı da unutmur: Qırğızıstanla qarşıdurma və Əfqanıstandan gələn təhlükə Tacikistanı KTMT-dən kənarda hərbi dəstək axtarmağa sövq edir. KTMT daxilində Rusiyanın yanında duran yeganə müttəfiq Belarusdur.
Beləliklə, iki qüvvə eyni vaxtda KTMT-yə qarşı əks-cəbhə açıb. Bu cəbhə iki cinahdan - ABŞ və Türkiyəyə tərəfdən açılıb və Rusiyanın təsiri de-fakto sıfıra bərabərdir. Deyəsən, dağılmaq üzrə olan KTMT-nin bircə qəlibi qalıb.
Rusiya son xilas şansı kimi ərazisində məskun olan türk xalqlarının varlığına möhtacdır. Amma Rusiyanın son şansını da əlindən almaqla onu tərksilah etmək olar.
Qafqaz.media