RUSİYA KİYEVİ VƏ DAHA 5 VİLAYƏTİ BOMBALADI: çox sayda ölən və yaralanan var - VİDEO / YENİLƏNİR

Baxış sayı:
4044

Ukraynanın paytaxtı Kiyevdə daha 2 partlayış olub.

UNİAN xəbər verir ki, dövlət qurumları yerli əhaliyə çölə çıxmamaq barədə xəbərdarlıq edib.

Ukraynanın Xarkov vilayətinin bəzi rayonlarında su və işıq kəsilib. Bunu Xarkovun meri İqor Terexov teleqramda yazıb. Onun sözlərinə görə, 3 raket strateji əhəmiyyətli infrastukturlara dəyib.

***11:07

Ukraynanın paytaxtı Kiyev şəhərinin bombalanması nəticəsindən azı 8 nəfər ölüb, 24 nəfər yaralanıb.

Bu barədə ölkənin daxili işlər nazirinin müşaviri Anton Qeraşşenko bildirib. 

Artıq ölkənin hər yerində hava həyəcanı işə salınıb. 

***10:32

Rusiya Ukraynanın şərqində yerləşən Dnepr və qərbindəki Lvov vilayətlərini də raket atəşinə tutub. 

Məlumatı UNIAN yayıb.

Dağıntı, ölən və yaralananların olub-olması barədə hələlik informasiya yoxdur.  

***10:21

Ukraynanın paytaxtı Kiyevlə yanaşı, ölkənin üç vilayətində də partlayışlar törədilib.

"RBK Ukrayna" xəbər verir ki, bu gün səhər saatlarında Jitomir, Xmelnitsk və Ternopol vilayətlərində də partlayış olub. 

Eyni zamanda Odessaya da bir neçə raketin atıldığı bildirilib.

***09.59

Ukraynanın paytaxtı Kiyevdə ard-arda partlayışlar törədilib.

Qafqaz.media xəbər verir ki, bunu Kiyevin meri Vitali Kliçko bildirib.

Onun sözlərinə görə, şəhərin Şevçenko rayonunun mərkəzində bir neçə partlayış olub. 

V.Kliçko partlayışın detalları barədə bir müddət sonra açıqlama verəcəyini bildirib.

Fövqəladə Hallar üzrə Ukrayna Dövlət Xidməti hadisə zamanı ölənlərin və yaralananların olduğunu deyib.