​MÜDAFİƏ NAZİRİNİ TƏNQİD EDƏN POLKOVNİK HƏBS EDİLDİ - Elnur Məmmədov nazirliyin rəhbər şəxsləri haqda böhtan yaymaqda günahlandırılır…

Baxış sayı:
1906

Ehtiyatda olan polkovnik Elnur Məmmədov barəsində xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə məhkəmə araşdırması başa çatıb.
Qafqaz.media
xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.
Qərara əsasən, Elnur Məmmədov Cinayət Məcəlləsinin 147.2 (böhtan) maddəsi ilə təqsirli bilinərək 6 ay müddətində azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Elnur Məmmədov mətbuata açıqlamasında Müdafiə Nazirliyinin rəhbərliyini, o cümlədən nazir Zakir Həsənovu və Şəxsi Heyət Baş İdarəsi Kadrlar İdarəsinin rəisi, general-mayor Elçin Xəlilovu tənqid edərək, bir sıra iddialar irəli sürmüşdü.
Müdafiə Nazirliyi isə Elnur Məmmədovun nazirliklə bağlı iddialarının doğru olmadığını bildirmişdi.
Sonradan Müdafiə Nazirliyinin Hüquq departamentinin rəisi Elçin Əliyev ehtiyatda olan polkovnik Elnur Məmmədova qarşı xüsusi ittiham qaydasında şikayət verib.