YAŞILLIQLARIN MƏHVİNİN XİLASI VƏ QORUNMASI... - “Sağlam həyata doğru” Ekoloji İctimai Birliyi maarifləndirici toplantı keçirdi

Baxış sayı:
2408

27.09.2022-ci il tarixində Xaçmaz rayon Akademik Zərifə Əliyeva adına 8 saylı Liseydə “Sağlam həyata doğru” Ekoloji İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Yaşıllıq zonalarının məhv edilməsinin azaldılması və qorunması məsələləri üzrə maarifləndirmə” layihəsi çərçivəsində  tədbir-görüş keçirmişdir. Tədbirdə Liseyin müəllim kollektivi, bələdiyyə üzvləri,  İcra hakimiyyəti nümayəndələri  və  ictimaiyyət nümayəndələri  iştirak etmişlər.

Tədbiri giriş sözü ilə  Liseyin direktoru Rasim Muradov açdı, layihə haqqında məlumat verərək sözü layihənin təlimçisi Tələt Qəribova verdi. T.Qəribov layihə haqqında məlumat verərək bildirdi ki, meşə və yaşıllıqlar Azərbaycan kimi az yaşıllıq ərazisi olan ölkədə hər ağacın qorunmasının vacibliyini izah etdi. O qeyd etdi ki, yaşıllıq havanı və rütubəti tənzimləyir, yol kənarında olan zəhərli qazları və tozu udur, isti yay günlərində insanlara sərinlik gətirir, torpaq sürüşməsinin və quraqlığın qarşısını alır. T.Qəribov mövzu barəsində daha geniş danışmaq üçün sözü “Sağlam həyata doğru” EİB  nin sədri, layihənin eksperti, kimya elmləri üzrə fəlsəfə doktoru Sadiq Həsənova verdi.

S.Həsənov çıxış edərək qeyd etmişdir ki, Azərbaycan meşələrinin ümumi sahəsi 1,0 milyon hektardır və ölkə  ərazisinin 11,4%-ni təşkil edir, hansı ki, orta dünya səviyyəsindən  (25%) 2-dəfə azdır. Meşə əraziləri Rusiya Federasiyasında 44%, Latviyada 41%, Gürcüstanda 39% təşkil edir. XVIII-XIX əsrlərdə indiki Azərbaycan ərazisinin 35%-i meşə sahəsi ilə örtülü olmuşdur.

2020-ci ildə  aparılmış monitorinqlər və araşdırmalar o cümlədən peyk məlumatlarına əsasən müəyyən olunmuşdur ki, ağacla örtülü meşə və yaşıllıq fondumuz 2001-ci illə müqayisədə xeyli yəni 7470 ha  0,59% azalmışdır. Bu azalma əsasən Gədəbəy, Şəmkir, Oğuz,  Qəbələ, Lənkəran   ərazilərində baş vermişdir.Azərbaycanda adambaşına 0,14 ha meşə sahəsi(dünya üzrə orta norma 0,4 ha-dır) düşür.

Son 100-150 il ərzində meşə ilə örtülü sahələrimiz 3-dəfədən çox azalaraq torpaqlarımızın şoranlaşmasına və quraqlıq ərazilərin yaranmasına səbəb olmuşdur. Şoranlaşmış ərazilər əsasən dağlıq ərazilərdədir və ümumilikdə  700 min ha təşkil edir. S.Həsənov davam edərək bildirdi ki,  agaclar və yaşıllıqlar atmosferdə olan karbon qazını(CO2) udaraq əvəzində bütün  kainatı oksigenlə təmin edir. Alimlərin hesablamasına görə növündən və yaşından asılı olaraq bir ağac bir il ərzində 100 kq oksigen istehsal edərək 35-40 kq karbon qazını udur. Bir insanın il ərzində 740-760 kq oksigen istifadə etdiyi nəzərə alınsa 7-8 ağacın bir insanın udacağı qədər oksigen istehsal etdiyini müəyyən edilə bilər.

Tədbirdə Liseyin direktoru R.Muradov, kimya müəllimi Sevil Nağıyeva, tarix müəllimi Aygün Rəşidova, Azərbaycan dili müəllimi Vəsalə Fatmazova və tarix müəllimi Sədaqət Camıyeva çıxış edərək mövzunun aktuallığını və  yaşıllıqların qorunmasının vacibliyini qeyd etdilər. Müzakirələr diskussiya şəraitində, sual cavab formasında davam olundu.

Müzakirədə mövzunun aktullaığı və vətəndaşlarımızın yaşıllıq sahələrinin qorunmasında fəallığı tövsiyə olundu və sonra tədbir yekunlaşdı.

“Sağlam həyata doğru” Ekoloji İctimai Birliyi 30.09.2022-ci il tarixində Siyazən rayon regional Mədəniyyət Mərkəzində layihənin icrası çərçivəsində  növbəti dəyirmi masasını  keçirmişdir. Dəyirmi masada bələdiyyə üzvləri, təhsil, səhiyyə işçiləri, rayon yaşıllaşdırma idarəsinin işçiləri və ictimaiyyət nümatəndələri iştirak etmişlər.

Tədbiri giriş sözü ilə  Mədəniyət Mərkəzinin direktoru Ziyadə Dadaşova açdı və tədbirin əhəmiyyətini qeyd etdi. Sonra söz  layihənin təlimçisi Tələt Qəribova verdi. T.Qəribov layihənin mövzusu haqqında  məlumat verdi və sözü “Sağlam həyata doğru” EİB  nin sədri, layihənin eksperti, kimya elmləri üzrə fəlsəfə doktoru Sadiq Həsənova verdi.

S.Həsənov çıxış edərək qeyd etmişdir ki, Azərbaycan meşələrinin ümumi sahəsi 1,0 milyon hektardır və ölkə  ərazisində olan meşə sahələri və Siyazən rayonunda olan çox meşə massivi barədə məlumat verdi. Siyazən rayonun 740 kv.km ərazisinin cəmi 3%-i yaşıllıq əraziləri ilə örtülüdür.  Bu çox aşağı bir göstəricidir və bu sahənin artırılması çox vacibdir.

Bu ilin avqust ayında Siyazən də daxil olmaqla bir çox rayonlarımızda 6 min ha ərazidə yanğın baş vermişdir və bunun nəticəsində meşə ərazilərimiz yararsız vəziyyətə düşmüşdür.

Sovet dövlətinin apardığı  iqtisadi fəaliyyət nəticəsində meşə ilə örtülü sahələrimiz 3-dəfədən çox azalaraq torpaqlarımızın şoranlaşmasına və quraqlıq ərazilərin yaranmasına səbəb olmuşdur. S.Həsənov davam edərək bildirdi ki,  agaclar və yaşıllıqlar atmosferdə olan karbon qazını(CO2) udaraq əvəzində bütün  kainatı oksigenlə təmin edir. Alimlərin hesablamasına görə normal bir ha meşə massivi növündən asılı olaraq 220-400 kq qədər oksigen istehsal edir və təxminən 80-100  kq karbon qazını udur. Bir normal ağac gün ərzində 4 nəfərlik ailəni oksigenlə təmin edə bilir.

Tədbirdə rayon Yaşıllaşdırma idarəsinin rəisi Rahim Qurbanov, Siyazən NQÇİ-nin nümayəndəsi Cavid Hacızadə, Beşlan kənd bələdiyyəsinin sədri  Rəna Nuriyeva, Dost MMC-nin nümayəndəsi Osman Məmmədov və digər nümayəndələr çıxış etdilər.

Müzakirədə mövzunun aktullaığı və vətəndaşlarımızın yaşıllıq sahələrinin qorunmasında fəallığı tövsiyə olundu və sonra tədbir yekunlaşdı.

Muxalifet.az