Ucarda Şəhidlər Xiyabanı satışa çıxarıldı - VİDEO
26-09-2022 17:27
Baxış sayı:
3583

“Ucar Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov Şəhidlər Xiyabanının böyük bir hissəsini qanunsuz olaraq yaxın qohumunun adına sənədləşdirərək satışa çıxarıb”.
Muxalifet.az rayon sakini Məhəmmədəli Səmədovun paylaşımına istinadən məlumat verir ki, əhali Ucar rayonunda Şəhidlər Xiyaban üşün ayrılan ərazinin bir hissəsinin satışa çıxarılmasından narazıdır.
M.SƏmədov iddia edir ki, icra başçısı Şəhidlər Xiyabanının bir hissəsini, yəni 1 hektar 35 sotunu öz qohumunun adına sənədləşdirib.
Bu iddialarla bağlı Ucar Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verilmədi.