Ukraynanın bu ərazilərində "referendum" keçirilir - RUSİYAYA BİRLƏŞMƏK ÜÇÜN

Baxış sayı:
3939

“Donetsk və Luqansk Xalq Respublikaları”nda, eləcə də Xerson və Zaporojye vilayətinin rusiyalı hərbçilərin nəzarətində olan hissəsində həmin ərazilərin Rusiyanın tərkibinə daxil edilməsi ilə bağlı referendum başlayıb.

Qafqaz.media Rusiya KİV-ə istinadən xəbər verir ki, referendum 5 gün davam edəcək.

Seçkilərin ilk 4 günü səsvermə seçki məntəqələrində deyil, yaşayış yerlərində və vətəndaşların ziyarət edilməsi yolu ilə keçiriləcək. Həmin vilayətlərin sakinləri yalnız sentyabrın 27-si seçki məntəqələrində səs verə bilərlər. Səslərin sayılması da məhz həmin gün başlayacaq.