Paşinyan Azərbaycanla sülh sazişi üzərində işi sürətləndirməyi tapşırıb - ERMƏNİ MEDİASI
8-09-2022 11:35
Baxış sayı:
4189

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin mətninin hazırlanması ilə bağlı işi sürətləndirməyi tapşırıb.
Qafqaz.media xəbər verir ki, bu barədə Ermənistanın “Past” qəzeti yazır.
Məlumata əsasən, Brüsseldə Azərbaycan prezidenti ilə görüşdən sonra baş nazir belə bir göstəriş verib.
Nəşr yazır ki, ilkin versiya noyabrın ortalarına qədər hazır olmalıdır.