Mixail Qorbaçov vəfat etdi – UZUN MÜDDƏTDİR XƏSTƏ İDİ

Baxış sayı:
3520

SSRİ-nin keçmiş və sonuncu rəhbəri Mixail Qorbaçov vəfat etdi.

Qafqaz.media-nın TASS-a istinadən verdiyi məlumata görə, Mixail Qorbaçovun ölümü ilə bağlı Mərkəzi Klinik Xəstəxanadan açıqlama verilib.

"Mixail Sergeyeviç Qorbaçov ağır və uzun sürən xəstəlikdən sonra bu gün axşam saatlarında vəfat edib", - Mərkəzi Klinik Xəstəxanadan bildirilib.