"İCRA BAŞÇISI DEDİ Kİ, ÇIX BU QAPIDAN, GET, DİLƏNÇİLİYİNİ ELƏ” – Astara sakini Qəzənfər Ağayevdən şikayətçidir / VİDEO

Baxış sayı:
2491

Astaranın Səlivə kəndində yaşayan gənc ailə üç uşağını dolandıra bilmir.
"O gün qızım mənə dedi ki, ana, qarpız al. Yalandan dedim ki, qarpız dərmanlıdır, yetişər, sənin üçün alaram. Daha deyə bilmədim ki, yoxdur da", - Aytəkin Məmmədova danışır.
“BBC News Azərbaycanca”ya müsahibədə onlar deyib ki, bəzən 1-2 ay ac-susuz qalırlar.
Ailə rayon rəsmilərinin onlara yardım etmədiyini deyir.
Aytəkin Məmmədova bildirib ki, kömək üçün üz tutduğu Astara rayon icra başçısı Qəzənfər Ağayev ona "çıx bu qapıdan, bura dilənçilik yeri deyil, get, dilənçiliyini elə", - deyib.
Astara rayon İcra Hakimiyyəti bu iddianı rədd edib.

Muxalifet.az