AVROPADAN AZƏRBAYCANA QARŞI “SAVAŞ” AÇANLAR… - Və yaxud bəzi soydaşlarımızı ölkəmizə qarşı kimlər danışdırır…

Azərbaycandan xaricə mühacir edən vətəndaşlarımızın bəzi hallarda dövlətimizə qarşı mövqeyi heç də xoş olmur. Söhbət ondan gedir ki, bir çox hallarda bu şəxslər tərəfindən dövlətlə hakimiyyət eyniləşdirilir və hansısa rüşvətxor, korrupsioner məmura görə dövlətimiz hədəfə alınır.
Çox təəssüf ki, bəzi hallarda özlərini Müstəqil Azərbaycanın qurucuları hesab edən müsavatçılar da bu prosesdə yer alır. Buna Müsavat Partiyasının üzvü Rəsul Yadigarlının son vaxtlar sərgilədiyi mövqeni misal göstərə bilərik.
Xatırladaq ki, 17.01.1977-ci ildə Sumqayıt şəhərində anadan olan Yadigarlı, 2014-cü ildən Sumqayıt şəhər Müsavat Partiyasının üzvüdür. 8 ilə yaxın Müsavatda fəal üzvlərdən biri kimi tanınan R.Yadigarlı 2021-ci ilin 13 iyun tarixində ailəsi ilə birlikdə Azərbaycanı tərk edib. 3 övladı olan müsavatçı fəal hazırda Avropada siyasi fəaliyətini davam etdirir.
Müsavat Avropa Koordinasiya Mərkəzinin (AKM) sıralarında yer alan Rəsul Yadigarlı Əliyev rejiminə qarşı aksiyalarda aktiv iştirak edir və sosiya şəbəkədə iqtidar əleyhinə statuslarla çıxış edir. Lakin bir daha qeyd edək ki, onun və digər mühacirlərin bu cür mövqeyi təkcə hakimiyyətin deyil, dövlətimizin nüfuzuna da böyük zərbədir.
Bəllidir ki, 44 günlük müharibədən sonra Azərbaycanın artmaqda olan nüfuzu əksər Avropa ölkələrində həzm olunmur. Xüsusən də qardaş Türkiyə ilə Azərbaycanın regionda aparıcı söz sahibinə çevrilməsi xristan ölkələr tərəfindən heç də xoş qarşılanmır. Bu baxımdan, əksər hallarda həmin ölkələrin xüsusi xidmət orqanları Avropada siaysi mühacirətdə olan vətəndaşlarımızı ələ alaraq, onların vasitəsilə ölkəmizə qarşı qarayaxma kampaniyası aparırlar.
Odur ki, xaricdə özlərinə sığınacaq tapan belə şəxslərin fəaliyyəti ciddi şəkildə araşdırılmalı, lazım gələrsə doplmatik korpuslar vasitəsilə onların ölkəyə qaytarılması təmin edilməli və hər biri hüquq qarşısında cavab verməlidir. O cümlədən Rəsul Yadigarlının da fəaliyyətinin ciddi araşdırılmasına ehtiyac vardır.