Koronavirusun mənşəyi 20 min il əvvələ gedir - AMERİKA ALİMLƏRİNDƏN SENSASİON ARAŞDIRMA

Baxış sayı:
9154

Amerikalı alimlər koronavirusla bağlı indiyə qədər bilinən bütün məlumatları kökündən dəyişəcək yeniliyə imza atıblar.

“Current Biology” jurnalında yayımlanan araşdırmaya görə, koronavirus 20 min il əvvəl Şərqi Asiya toplumunda görünüb.

Bu məlumat virusun məskəninin Çin olması iə bağlı fikirləri yenidən akuallaşdıra bilər.

Qeyd edilir ki, 20 min il əvvəl Şərqi Asiyada bu gün yaşayan insanların DNT-sində təkamül edəcək iz buraxacaq qədər təsirli koronavirus pandemiyası yaşanıb. Bildirilir ki, antik koronavirus sözügedən bölgədə illərcə təsirli olub və mövcud koronavirus peyvəndlə nəzarətə götürülməsə, qorxulu son yaşana bilər.

“Bu, bizi narahat etməlidir. Hazırda yaşadığımız pandemiya nəsillər boyu davam edə bilər”, - deyə Arizona Universitetinin araşdırma aparan alimi Devid Enard bildirib.

Enard və araşdırmaya qatılan digər alimlər mövcud koronavirusların genlərinə baxmaqdansa, virus daşıyıcılarının DNT-sindəki təsirlərini araşdırıblar və virusların insan genomunda nəsillər boyu çox böyük dəyişikliklərə səbəb olduğunu müəyyən ediblər.

Təxmin edilir ki, bu genlər antivirus mutasiyalarını ehtimal ki, 20-25 min il əvvəl bir neçə əsr ərzində inkişaf etdiriblər.

Ovçuluq və yığıcılıqla məşğul olan Şərqi asiyalıların sıx icmada yaşamadıqları halda virusun necə bu qədər yayılması sual doğurur.