Lukaşenko da öz tərəfdarlarını küçəyə çıxarır - "Həmrəylik mitinqi" təşkil edir
16-08-2020 10:35
Baxış sayı:
2503

Hökumətyönlü "Belaya Rus" ictimai təşkilatı bu gün Minskdə Belarusun hazırkı Prezidenti Aleksandr Lukaşenkoya dəstək olaraq "həmrəylik mitinqi" keçirmək niyyətindədir.
APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə təşkilatın Facebook səhifəsində məlumat verilib.
Təşkilatın açıqlamasında bildirilib ki, bazar günü saat 12.00-da (Bakı vaxtı ilə 13.00) Hökumət Evinin yaxınlığında, “Müstəqillik” Meydanında həmrəylik mitinqi keçiriləcək: “Mitinq tamamilə dinc şəraitdə baş tutacaq. Dövlət kursunu dəstəkləyən qüvvələr ora toplaşacaq”.
Həmçinin, qeyd edilib ki, mitinqdə Vətənini sevən, ölkənin iki əks düşərgəyə bölünməsinə qarşı olanların hamısı bir araya gələcək.