“Hörmətli professordan və müxalifət liderlərindən üzr istəməli olacağıq” - NAZİM BƏYDƏMİRLİ
9-02-2020 14:25
Baxış sayı:
1894

“Seçkinin nəticələrinin Cəmil Həsənlinin məlum siyahısında olan namizədin xeyrinə saxtalaşdırmaq göstərişi verilib”
“Günün birinci yarısında aldığımız əksər məlumatlar onu təsdiq edir ki, "prosesin məntəqələrdə şəffaf keçməsi görüntüsünü" yaratmaq tapşırığı ilə bərabər seçkinin nəticələrinin professor Cəmil Həsənlinin məlum siyahısında olan namizədin xeyrinə saxtalaşdırmaq göstərişi də verilib”.
Hurriyyet.org xəbər verir ki, bu barədə 104 saylı Gədəbəy-Tovuz seçki dairəsindən deputatlığa namizəd Nazim Bəydəmirli deyib.
“Belə davam etdiyi təqdirdə "siyahıya şübhə saldığımıza görə" hörmətli professordan və müxalifət liderlərindən üzr istəməli olacağıq..”,-deyə Bəydəmirli əlavə edib.