ABŞ S-400-ün TÜRKİYƏYƏ çatdırılmasına mane ola bilmədi

Baxış sayı:
7295

Rusiya S-400-in bütün komponentlərinin Türkiyəyə çatdırılmasını vaxtından tez başa çatdırıb, deyə Rosoboroneksportun baş direktoru Aleksandr Mixeyev bildirib.
Muxalifet.az vz.ru-ya istinadla bu barədə məlumat verir.
«Sanksiyalara baxmayaraq  biz S-400-ün bütün komponentlərinin Türkiyəyə çatdırma işini vaxtından tez bitirdik, Hindistanda Kalaşnikov antomatlarının “iki yüzüncü” seriyasının istehsalı üzrə birgə müəssisə açdıq.Biz öz işimizi qeyri-məqbul xarici faktorlara baxmayaraq vaxtından tamamlayırıq və özümüzü etibarlı tərəfdaş kimi sübut etmişk”, - deyə Mixeyev RİA Novostiyə müsahibəsində bildirib.
Xatırladaq ki, dünən Türkiyə müdafiə naziri Hulusi Akar məlumat vermişdi ki, Rusiya S-400-nin istismarına dair işlər 2020-ci ilin yazına kimi bitəcək.
Muxalifet.az