Qəzada dünyasını dəyişən Salanın adı belə əbədiləşdirildi
30-10-2019 23:14
Baxış sayı:
4071

Təyyarə qəzasında dünyasını dəyişən futbolçu Emiliano Sala ilə bağlı təqdirəlayiq addım atılıb.
Axar.az xəbər verir ki, Argentinanın "San Martin Proqreso" klubu stadionuna futbolçunun adını verib.
Stadionun adı oktyabrın 31-də Salanın 29-cu doğum günündə dəyişdiriləcək.
Qeyd edək ki, argentinalı futbolçu "San Martin"in yetirməsi olub. Bu ilin yanvar ayında Fransanın "Nant" klubundan "Kardif Siti"yə transfer olan Sala İngiltərəyə yollanarkən təyyarə qəzasında həlak olmuşdu.