Yaqub Zurufçunun televiziyaya çıxmasına kim qadağa qoyub? – MÜĞƏNNİDƏN AÇIQLAMA
13-10-2019 10:09
Baxış sayı:
1927

"Azərbaycan dövləti mənə ad verir, televiziyalar isə qadağa qoyur".
Muxalifet.az APA-ya istinadən xəbər verir ki, bunu Əməkdar artist Yaqub Zurufçu deyib.
Əməkdar artist bildirib ki, ATV ilə MTV kanallarından başqa, heç bir kanal dəstək olmayıb: "Kanallar qadağa qoyur, heç xəbərimiz olmur. Onlar arzu etsinlər ki, mən onların kanallarına çıxım. Yoxsa, mən o kanallara çıxan deyiləm".
Qeyd edək ki, bu gün Heydər Əliyev adına Respublika Sarayında Yaqub Zurufçunun solo konserti olub.