​"Neftçi"nin matçı başa çatdı: 1 qırmızı, 3 qol...

Baxış sayı:
2056

Topaz Premyer Liqasının XXIII turunda “Qəbələ” doğma meydanda “Səbail”i qəbul edib.
Muxalifet.az xəbər verir ki, matç 1-1 hesabı ilə başa çatıb. Oyunda hesabı 55-ci dəqiqədə Fəhmin Muradbəyli açıb. “Qəbələ” bu qola son 8 dəqiqə qalmış Famussa Kone ilə cavab verib.
Günün maraqla gözlənilən digər oyununda isə “Zirə” komandası “Neftçi” ilə üz-üzə gəlir. Hazırda birinci hissə oynanılır və "Neftçi" Rəhman Hacıyevin penaltidən qurduğu qolla 1-0 öndədir.
"Neftçi" Rəhman Hacıyev, İqnasio Errera (90) və Rəşad Sadiqovun(90+5) vurduğu qollarla 3-0 qələbə qazanıb. "Zirə"nin heyətində Yani Urdinov 51-ci dəqiqədə qırmızı vərəqə alıb.