Nazir prezidentin arvadını "qorxunc" adlandırdı

Baxış sayı:
23957

Braziliyanın İqtisadiyyat naziri Paulu Qedes Fransa Prezidenti Emmanuel Makronun həyat yoldaşını təhqir edib.

“Prezident (Braziliya prezidenti Jair Bolsonaru) yalan demirdi. O, (Bricit Makron) həqiqətən qorxuludur. Bu, tamamilə həqiqətdir”, - deyə nazir bildirib.

O əlavə edib ki, çirkin qadın olmur, yalnız uğursuz rakurs var.

Daha sonra nazir sözlərinə görə, üzrxahlıq edib və öncədən dediklərini “zarafat” adlandırıb.