​Nazir Azərbaycanla Qazaxıstan arasındakı ticarət dövriyyəsindən danışdı

Baxış sayı:
5731

"Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsi cari ilin 9 ayı ərzində 65,6 faiz artıb".
Muxalifet.az report-a istinadən xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov Qazaxıstan Respublikasının müstəqilliyinin 27-ci ildönümü münasibətilə Bakıda təşkil olunan rəsmi qəbulda bildirib. 
O, bu faktı iki qardaş ölkə arasında yüksək səviyyəli əməkdaşlıq əlaqələrinə dəlalət kimi dəyərləndirib.
“Ölkələrimiz arasında münasibətlər yeni səviyyəyə qədəm qoyub. Beynəlxalq hüquq normalarına, ölkələrin ərazi bütövlüyü və suverenliyinə hörmət münasibətlərimizin bünövrəsini təşkil edir”, - deyə nazir vurğulayıb.