​Nazarbayev nazirləri “hədələdi” - Xariciləri dəvət edəcəyəm

Baxış sayı:
11671

Qazaxıstan prezidenti Nursultan Nazarbayev xalqa müraciəti zamanı nazirləri "hədələyib".
Muxalifet.az Trend-ə istinadən xəbər verir ki, N.Nazarbayev nazirləri daha səmərəli işləməyə çağırıb, əks halda onları xarici mütəxəssislərlə əvəz edəcəyini deyib.
Prezident bildirib ki, ölkə bütün sahələrdə səmərəli şəkildə və bacarıqlı mütəxəssislər tərəfindən idarə olunmalıdır:
"Bu mütəxəssisləri axtarmaq lazımdır. Bizdə "Air Astana"ya kim rəhbərlik edir? İngilis. Nazarbayev Universitetinin rəhbəri kimdir? Yapon. Əgər yaxşı işləməsəniz, bütün mütəxəssisləri xaricdən dəvət edəcəyəm".