​NATO yeni üzv qəbul edir: 4 gün sonra qərar veriləcək

Baxış sayı:
4393

Makedoniyanın NATO-ya üzvlüyü qəbul edilir. Bu barədə NATO-nun baş katibi Yens Stoltenberq deyib. Baş katib bəyan edib ki, fevralın 6-da Makedoniyanın NATO-ya üzvlüyü ilə bağlı protokol imzalanacaq. Yeni üzvün qəbul edilməsi üçün ittifaqa üzv olan digər ölkələrin parlamentləri qərarı ratifikasiya etməlidir. Bu müddətdə Makedoniya NATO toplantılarında qonaq kimi iştirak edəcək./Publika.