NATO Rusiyanı əsas təhlükə adlandırdı - VİDEO

Baxış sayı:
513

NATO-nun baş katibi Yens Stoltenberq Rusiyanın ittifaq üçün əsas təhlükə olduğunu bildirib.

Bu barədə "France 24" xəbər verib.

O, bildirib ki, Rusiya nüvə silahının müasirləşdirilməsi ilə məşğul olur, orta və kiçik mənzilli raketlərinin zərərsizləşdirilməsi haqqında müqaviləyə riayət etmir. Bundan başqa, NATO baş katibi rəsmi Moskvanı öz hərəkətlərində inadlı adlandırıb.

Stoltenberq ittifaqın özünü "tarixdə ən güclü və müvəffəqiyyətli" kimi qiymətləndirib.

Onun fikirincə, NATO üzvləri tez dəyişən dünyaya müvəffəqiyyətlə uyğunlaşa biliblər.