NATO Rusiyanı müharibədə yalnız bu yolla məğlub edə bilər - ŞOK SSENARİ

Baxış sayı:
738

Rusiya ilə NATO arasında Baltik bölgəsində qarşıdurma yaşansa, Kalininqrad şəhəri 2 gün içində işğal edilə bilər.

Bu barədə Çinin “eastday.com” xəbər saytı məqalə dərc edib.

Xəbərə görə, Rusiya bu həmləyə cavab olaraq 5 gün ərzində 5-8 Avropa ölkəsinin paytaxtını vura bilər. Nəticədə qarşıdurma regiondan qlobal miqyasa keçər.

Qeyd edək ki, daha əvvəl Vaşinqtonda fəaliyyət göstərən “Ceymstaun Foundeyşn”ın (Jamestown Foundation) mütəxəssisi Riçard Huker Rusiyanın NATO ilə müharibəyə girməsinin əvəzini Kalininqrad ilə ödəyəcəyini bildirmişdi.

“Baltik Ölkələri Necə Qoruna Bilər?” adlı hesabatında Kalininqrad bölgəsini ələ keçirmyin ehtimallarını diqqətə çatdıran Huker bölgədəki ABŞ və Polşa quru qoşunlarının sayının artırılması təqdirində Rusiyanın ani hücuma tab gətirə bilməyəcəyini və bu bölgədəki nəzarətini itirəcəyini bildirib./publika.az