NATO "parçalanmış" Gürcüstanı sıralarına qəbul edəcəkmi?

Baxış sayı:
20018

Gürcüstanın NATO-ya Abxaziya və Cənubi Osetiya olmadan daxil olma  ehtimalı alyansda müzakirə mövzusu olmayıb. Bu  barədə Muxalifet.az  TASS informasiya agentliyinə istinadən məlumat yayıb.  NATO baş katibinin keçmiş müavini Rouz  Qottemüller , istefasından əvvəl  "Kommersant" nəşrinə verdiyi müsahibəsində  alyansın belə bir fürsəti nəzərdən keçirib-keçirməyəcəinə dair suala cavab verərkən "Bu, NATO daxilində müzakirə olunmayıb"- deyə cavab verib.
Qottemüller , Gürcüstanın və Ukraynanın NATO-ya qəbul edlməsi haqda   2008-ci ildə Buxarestdə keçirilmiş zirvə görüşünün qərarlarının qüvvədə qaldığını, ancaq təşkilatın bu şərtləri həyata keçirmək üçün hansısa müddət  qoymadığını  qeyd etdi. "Biz hər iki ölkə ilə işimizi davam etdiririk. Son tarixlərə gəldikdə, biz heç vaxt, xüsusən yeni üzvlərin qəbulu haqqında əvvəlcədən tarix vermirik, çünki bu proses həmişə ittifaqın bütün üzvləri  konsensus əsasında  qərar verməsi ilə  əlaqədardır" dedi.
NATO-nun keçmiş baş katibi Anders Foq  Rasmussen,  Gürcüstan  İmedi kanalına  verdiyi müsahibədə   Gürcüstanın Şimali Atlantika Alyansına qəbul edilməsi təşəbbüsünü irəli sürüb  və təklif edib ki,  təşkilatın nizamnaməsinin beşinci maddəsi (kollektiv təhlükəsizlik haqqında) Abxaziya və Cənubi Osetiyaya şamil edilməsin. Rasmussenə görə, ittifaq Almaniya  iki hissəyə  bölünmüş olduğu zaman  alyansa qəbul edləkən  belə bir uyğulama  tətbiq etmişdir.