Müxalifət lideri sərt danışdı — Etiraz aksiyaları davam edəcək

Baxış sayı:
13033

"Müxalifətlə razılıq əldə olunmasa etiraz aksiyaları davam edəcək". Muxalifet.az xəbər verir ki, bunu müxalif "Avropalı Gürcüstan" partiyasının liderlərindən biri olan Qiqa Bokeria dünən iqtidarla müxalifətin dialoq görüşündən sonra jurnalistlərə müsahibəsində deyib. Müxalifət lideri vurğulayıb ki, görüşdə beynəlxalq partnyorların səsləndirdikləri fikirlərin və çağırışların böyük önəmi var: "Bu çağırışlardan sonra Bidzina İvanişvilinin komandası, hansı ki, yersiz fikirlər irəli sürdülər. Onlar artıq danışıqlar masasında əyləşiblər". O, əlavə edib ki, dialoq görüşünün növbəti mərhələsində qarışıq seçki modelinin komponentləri müzakirə olunacaq. Məlumat üçün qeyd edək ki, dünən diplomatik korpusun təşəbbüsü ilə iqtidar və müxalifətin diaoloq görüşünün ikinci raundu baş tutub. Dialoq görüşündə ölkədə səfərdə olan avroparlamentarlarda iştirak ediblər. Muxalifet.az