Müsəlman düşmənçiliyi böyüyür! O ölkə namaz qılmağı qadağan etdi

Baxış sayı:
4882

Hindistanda yerləşən Tac Mahalda 5 namaz vaxtlarında namaz qılınması qadağan olunub. Ölkədəki Müsəlmanlar ayağa qalxıb.
 
“Times of India” qəzetində yer alan xəbərə görə, Ali Məhkəmənin, iyul ayında Tac Mahal Məqbərəsindəki məsciddə şəhər kənarından gələn Müsəlmanların cümə namazı qılmasını qadağan edən qərarından sonra Hindistanın Arxeoloji Qurumu (ASİ), Tac Mahalda namaz vaxtlarının qadağan olunduğunu bildirib.
ASI rəsmiləri, dünən türbədə dəstəmaz almaq üçün istifadə edilən su sisterninə möhür vurub. Namaz qıldırmaq üçün məscidə gələn İmam Seyid Sadiq Əli, səbəbini anlamadığı bu işə təəccübləndiyini deyib.
Tac Mahal İntizam Komitəsinin sədri Seyid İbrahim Hüseyn də Tac Mahalda uzun illərdir namaz qıldığını, bunu əngəlləmək üçün ortada bir səbəb olmadığını bildirərək, ASI-nı şikayət edəcəklərini deyib.
Hüseyn, istər mərkəzi hökumətin, istərsə də Agra yerli rəhbərliyinin, Müsəlman əleyhinə bir düşüncəyə sahib olmasının sözügedən qərarda təsirli olduğunu bildirib.
Müxalifət.az