Münbiçdə ABŞ-la birgə patrul xidməti Türkiyəyə nə qazandıracaq? – TƏHLÜKƏSİZLİK EKSPERTİ AÇIQLADI

Baxış sayı:
4246

Müdafiə və Təhlükəsizlik Strategiyası eksperti Əli Coşar, Münbiçdə Türk ordusunun ABŞ-la birgə keçik çəkməsinə münasibət bildirib.
 
"Keşikçilər məsələsi ABŞ-ın, Türkiyənin başını qataraq zaman qazanmağa hesablanmış bir işdir" deyən Müdafiə və Təhlükəsizlik Strategiyası eksperti Əli Coşar, "Türkiyənin PKK/PYD-yə qarşı, Suriyanın şimalında həyata keçirməyi düşündüyü planları nəzarət altına almağa çalışırlar. Özləri bəsləyib, böyütdükləri əqrəbin aradan götürülməsini əngəlləmək üçün etdikləri bir hiylədir. Türkiyə də bunun fərqindədir, amma ABŞ ilə yeni düzələn münasibətləri normal saxlamaq üçün səbr etdiyini hesab edirəm. Minlərlə TIR zirehli maşın və hərbi texnika regiona yığdılar. Bu sursatları buraya özlərini göstərmək üçün göndərmədilər. Birgə patrul adıyla Türkiyəni əyləndirdilər və terrorçulara bölgədə təlim keçdilər. Hazırda PKK/PYD mənzillərinə atılan artilleriya atəşləri bu işin sonuna gəldiyinin işarəsidir. Aparılan artilleriya atəşləri ilə bu xəndəklər yumşaldılır, terror elementlərinin geri çəkilməsi təmin olunur. Artilleriya atəşlərindən sonra bölgədə sürətli əməliyyat keçirilməlidir. Əməliyyat üçün hazırlıqlar da davam edir. Fərat Qalxanı hərəkatı zamanı Münbiçə də girilməli idi, amma hissə hissə əməliyyat aparılması daha düzgün qərar oldu. Türkiyə burada ABŞ ilə yeni düzələn münasibətlərini pozmamağa çalışır. Çünki Türkiyə üzərində birdən çox təhdid var. ABŞ, yardım etdiyi terrorçuların təlim görməsi üçün lazım olan zamanı birgə patrul məsələsi ilə təmin etdi və təlimlərini tamamlayıb. Terror təşkilatı yalnız dağlarda gizlənməyi bilirdi axı. ABŞ-ın verdiyi təlimlə bir az üstünlük vəldə etsələr də əməliyyatla lazımi cavab veriləcəkdir. Bundan sonra ABŞ ilə birgə patrul Türkiyəyə bir fayda verməz. Bir an əvvəl əməliyyata başlanmalıdır" deyə, şərh edib.
Müxalifət.az