“MÜHARİBƏ HƏLLEDİCİ MƏRHƏLƏYƏ ÇATIB” - “Müttəfiqlərin Ukraynaya hərbi dəstəyi döyüş meydanında öz bəhrəsini verir”

“Müttəfiqlərin Ukraynaya hərbi dəstəyi döyüş meydanında öz bəhrəsini verir”.
Bunu ABŞ-ın müdafiə naziri Lloyd Ostin Almaniyada Ramşteyn görüşünün nəticəsini təhlil edərkən deyib.
Pentaqonun rəhbəri vurğulayıb ki, indi müharibə həlledici mərhələyə yetişib.
“Rusiya qoşunları Ukrayna şəhərlərini və dinc sakinləri raket və artilleriya atəşi ilə vəhşicəsinə bombalamağa davam edir. Lakin Ukrayna qüvvələri ölkənin cənubunda əks-hücum əməliyyatına başlayıb. Onlar Ukraynanın suveren ərazilərini geri almaq üçün təqdim etdiyimiz imkanları birləşdirir”, - deyə media Pentaqonun rəhbərinin sözlərindən sitat gətirib.
"İndi biz döyüş meydanında birgə səylərimizin aşkar uğurunu görürük", - Ostin bildirib.
O qeyd edib ki, hazırda müharibənin siması və təmas qrupunun missiyası da dəyişir.